"Barselona"da Messi-Abidal qalmaqalı böyüyür

"Barselona"da Messi-Abidal qalmaqalı böyüyür
12:58 5 Fevral 2020
161 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasında əzəli rəqibi "Real Madrid"dən 3 xal geri qalan "Barselona"da Messi-Abidal böhranı yaşanır.

Publika.az xəbər verir ki, Lionel Messi instaqramda komandanın idman direktoru Erik Abidalın sabiq baş məşqçi Ernesto Valverde barədə sözlərinə sərt reaksiya verib.

Abidal sabiq baş məşqçinin nə üçün göndərildiyi ilə bağlı açıqlamasında "Futbolçular onunla xoşbəxt deyildilər, ünsiyyətdə problemlər var idi. Həm də məşqdə yaxşı işləmirdi. Hər şey kənardan yaxşı görünürdü, amma köhnə futbolçusansa, bu kimi halları hiss edəcəksən. Bəzi detalları gözardı edə bilməzsiniz" sözlərini işlədib.

Messi isə Valverdenin müdafiəsinə qalxıb: "Hər kəs qərarlarına diqqət yetirməlidir. Meydanda baş verənləri və özlərini yaxşı hiss etmədiklərini ilk olaraq futbolçular bilirlər. İdman menecerləri də məsuliyyətlərini və xüsusən qərarlarını dərk etməlidirlər. Nəhayət, oyunçular haqqında danışırsınızsa, ad verməlisiniz. Bunu etməyəndə hər kəsin adını ortaya qoymaqla şayiə yaymış və hamımızı çirkləndirmiş olursunuz".

Tağı Həsənov


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/303986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR