Vüqar Bayramov: “Seçiciləri dinləmədən onların qayğılarını və istəklərini bilmək mümkün deyil”

Vüqar Bayramov: “Seçiciləri dinləmədən onların qayğılarını və istəklərini bilmək mümkün deyil”
15:33 5 Fevral 2020
92 Digər
Ölkə mətbuatı
A- A+

84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov Füzuli rayonundan kənarda məskunlaşmış məcburi köçkünlərlə görüşlərini davam etdirir. Sumqayıt, Lökbatan, Şirvan, Sabirabad, Beyləqan və İmişlidə yaşayan seçicilərlə görüşdən sonra deputatlığa namizəd Biləsuvar və Salyanda məskunlaşmış həmyerlilərini də ziyarət edib.

Vüqar Bayramov platformasının məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi başlığı altında qruplaşdırıldığını deyib: “Mən məcburi köçkünləri maraqlandıran məsələləri yaxşı bilirəm. Çünki özüm də məcburi köçkünəm, eyni zamanda, rəhbərlik etdiyim mərkəz mütəmadu bu sahədə araşdırmalar aparır. Xalqla təmasda olmadan, seçiciləri dinləmədən onun qayğılarını və istəklərini bilmək olmaz. Parlamentə təmsil olunsam, daima sizin yanınızda olacam. Mən Bakıda oturmaq üçün yox, sizin yanınızda olmaq, sizi maraqlandıran məsələləri parlamentdə qaldırmaq üçün deputatlığa namizədliyimi vermişəm.”

Hər bir vətəndaşın, hər bir ailənin onun üçün önəmli olduğunu vurğulayan Vüqar Bayramov az və ya çoxluğundan asılı olmayaraq bütün seçiciləri diqqətdə saxlayacağını, mütəmadi ziyarət edəcəyini bildirib: “Sizinlə görüşümüzün məqsədi aramızda qarşlıqlı etimad yaratmaqdır. Parlamentdə təmsil oluncağım təqdirdə, inşallah, belə görüşlərimiz çox olacaq.”

Görüşlərin sonunda təklif və qayğılarını səsləndirən seçicilər Vüqar Bayramova olan dərin inam və güvənlərini ifadə ediblər.

Xatırladaq ki, bu görüşlərə qədər Vüqar Bayramov Füzuli rayonu ərazisindəki bütün yaşayış məntəqələrində seçicilərlə görüşlər keçirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/304009.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR