Dünyanın ən yaraşıqlı kişisi tanındı - Reytinqdə daha kimlər var?

Dünyanın ən yaraşıqlı kişisi tanındı - Reytinqdə daha kimlər var?
15:48 5 Fevral 2020
160 Şou
Ölkə mətbuatı
A- A+

Londonda kosmetik və plastik cərrahiyyə mərkəzini idarə edən doktor Julian De Silvanın bu yaxınlarda təqdim etdiyi araşdırmanın nəticələrinə əsasən 33 yaşlı aktyor Robert Pattinson dünyanın ən yaraşıqlı kişilərindən biri seçilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Pattinson yaraşıq standartlarına ən çox cavab verən ulduz seçilib. Julian aktyorun üzündə qızıl bölgüsünü araşdıraraq bu nəticəyə gəlib. Məlum olub ki, Robert Pattinsonun üz cizgiləri demək olar ki, mükəmməl və simmetrikdir, bu da onu 92,15 faiz mükəmməlliyə yaxınlaşdırır.

Роберт Паттинсон

Xüsusi kompüter proqramı ilə üzünün simmetriyasını ölçəndən sonra Robert Pattinson birincilər sırasına düşüb. O, kəskin üz cizgiləri və almacıq sümükləri sayəsində beş kateqoriyada qalib olub. "Yalnız nazik dodaqları Robertin ideala çatmasına mane olub", - deyə Julian De Silva bildirib.

"Polad adam" filminin və "Cadugər" serialının ulduzu Henri Kavill Robert Pattinsona uduzaraq ikinci yerdə qərarlaşıb. Aktyorun üz cizgiləri reytinqə görə 91,64 faiz ideal səviyyəyə uyğundur. Ən yaraşıqlı ulduz kişilər siyahısına Bredli Kuper, Bred Pitt, Corc Kluni, Hyu Cekman, Devid Bekhem, İdris Elba, Kanye Uest və Rayan Qoslinq də daxil edilib.

Xatırladaq ki, bir neçə ay əvvəl Julian De Silva ən məşhur qadınlar arasında oxşar araşdırma aparmışdı. Plastik cərrah Bella Hadidi tanınmışlar arasında dünyanın ən gözəl qadını seçilmişdi.

2-ci yer: Henri Kavill, 36 yaş - 91,64 faiz mükəmməl

Генри Кавилл

3-cü yer: Bredli Kuper, 45 yaş - 91,08 faiz mükəmməl

Брэдли Купер

4-cü yer: Bred Pitt, 56 yaş - 90,51 faiz mükəmməl

Брэд Питт

5-ci yer: Corc Kluni, 58 yaş - 89,91 faiz idealdır

Джордж Клуни

6-cı yer: Hyu Cekman, 51 yaş - 89,64 faiz idealdır

Хью Джекман
7-ci yer: Devid Bekhem, 44 yaş - 88,96 faiz mükəmməl

Дэвид Бекхэм

8-ci yer: İdris Elba, 47 yaş - 88,01 faiz mükəmməl

Идрис Эльба

9-cu yer: Kanye Uest, 42 yaş - 87,94 faiz idealdır

Канье Уэст

10-cu yer: Rayan Qoslinq, 39 yaş - 87,48 faiz idealdır

Райан Гослинг


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/304007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR