Gimnaziyanın həyətində silah tapılıb (FOTO)

Gimnaziyanın həyətində silah tapılıb (FOTO)
18:29 5 Fevral 2020
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Gəncədə Xarici Dillər təmayüllü İnternat tipli Gimnaziya Məktəbində silah tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 10:21-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gəncə şəhəri, Bağbanlar küçəsi 18 ünvanında yerləşən Xarici Dillər təmayüllü İnternat tipli Gimnaziya Məktəbində söküntü işləri aparılan zaman silahın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin və Səhiyyə Nazirliyinin Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının Gəncə Regional Bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd korroziyaya uğramış avtomat (AKS) və 1 ədəd avtomat darağı (dolu) aşkar olunub, Nizami rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Silahın ətrafında 100 kv.m əraziyə yerüstü, 215 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3187399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR