Koronavirusun smartfon bazarına təsiri: Touch İD geri dönür?

Koronavirusun smartfon bazarına təsiri: Touch İD geri dönür?
21:57 5 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Face İD populyarlığını itirərək çoxdan tanıdığımız Touch ID-yə yer verir. Şayiələr doğrudurmu?

Milli.Az ted.az-a istinadən bildirir ki, koronavirusun yayılması ilə istifadəçilər smartfonlara olan tələblərini yenidən nəzərdən keçirmək məcburiyyətində qalıblar. Çinli istifadəçilər Face İD ilə təchiz olunan smartfon modellərindən şikayətçi olublar.

Məlumata əsasən, müasir telefonların əvəzolunmaz Face ID funksiyasının təbiqi əhalinin infeksiyadan qorunmaq üçün istifadə etdiyi maskanı taxdıqda tamamilə faydasız və hətta təhlükəli hala gəlir. İnsanlar smartfonun kilidini açmaq üçün hər dəfə maskanı çıxarmağa hazır deyil.

Hazırda sosial şəbəkələrdə Apple istifadəçiləri tərəfindən çoxsaylı müzakirələr aparılır, şirkətin Touch İD ilə təchiz olunan məhsullarının daha faydalı olduğu qeyd edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/823169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR