Yaxın vaxtlarda “Azərspace-2” peykinin resurslarının icarəsi və orbital mövqedən istifadə ilə bağlı müqavilə imzalanacaq

13:12 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 17 Yanvar 2015 13:08 ]


Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Azərspace-2” telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki iqtisadi əsaslandırma yaxın vaxtlarda hökumətə təqdim ediləcək.

 

APA-Economics”in məlumatına görə, bu barədə 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən konfransda nazir Əli Abbasov məlumat verib.

 

Onun sözlərinə görə, “Azərspace-2” peykinin resurslarının 45,9%-nin uzunmüddətli icarəsi və orbital mövqedən istifadə ilə bağlı peyk rabitəsi üzrə dünya liderlərindən olan “İntelsat” şirkəti ilə danışıqlar aparılıb və ilkin razılıq əldə edilib. Nazir qeyd edib ki, yaxın vaxtlarda müqavilənin imzalanması gözlənilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR