Eyni vaxtda iki royalda mahnı ifa edib hamnı heyrətləndirdi

Eyni vaxtda iki royalda mahnı ifa edib hamnı heyrətləndirdi
06:02 6 Fevral 2020
90 Digər
Ölkə mətbuatı
A- A+

Özbək əsilli Amerika pianoçusu Lola Astanova məharəti ilə sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
“Report” xəbər verir ki, pianoçu eyni vaxtda iki royalda ifa etdiyi "Maple leaf rag" kompozisiyasını özünün “Instagram”dakı səhifəsində paylaşıb. O, bununla sosial şəbəkədə istifadəçiləri heyrətləndirib.
Alətlər arasındakı məsafəyə baxmayaraq, pianoçu əsas hissəni sağ əllə məharətlə ifa edib, sol əllə isə müşayiət edib. Bu videoçarx xeyli sayda insan tərəfindən izlənilib. Sosial şəbəkə istifadəçiləri pianoçunun bu bacarığına müxtəlif cür reaksiya veriblər. "Bax belə! Heyran edici! Hər dəfə təəccüblü nəsə göstərirsiniz", - deyə onladan biri yazıb.
"Mən hələ beləsini görmədim!" – deyə başqa bir izləyici müzakirəyə qoşulub. 
https://www.instagram.com/p/B8HJsuJAkAF/?utm_source=ig_web_copy_link

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/eyni-vaxtda-iki-royalda-mahni-ifa-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR