ABŞ-da koronavirusa yoluxanların sayı artıb

ABŞ-da koronavirusa yoluxanların sayı artıb
09:05 6 Fevral 2020
108 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı artıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Viskonsin ştatının səhiyyə nazirliyindən bildiriblər.

Nazirliyin məlumatında deyilir: "Fevralın 5-i Viskonsində ilk 2019-nCoV halı təsdiq edilib".

Beləliklə, ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 12 nəfərə çatıb.

Qeyd edək ki, Çində yeni növ koronavirusa 28018 insan yoluxub, yoluxanlardan 563 nəfər ölüb.

Ümumilikdə, koronavirus 21 ölkədə qeydə alınıb: Yaponiya, Tailand, ABŞ, Avstraliya, Sinqapur, Cənubi Koreya, Malayziya, Vyetnam, Fransa, Nepal, Kamboca, Almaniya, Şri Lanka, BƏƏ, Finlandiya, Hindistan, Filippin, İtaliya, Böyük Britaniya, Rusiya və Belçika.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/823590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR