"Fənərbaxça" səfərdə qalib gəldi, "Qalatasaray" uduzdu

Türkiyə kubokunda 1/4 final mərhələsi davam edir.

Metbuat.az saytının məlumatına görə, bu gün daha iki oyun keçirilib.

1/8 finalda sensasiyalı şəkildə "Başakşəhər"i üstələyən aşağı liqa təmsilçisi "Kırklarelispor" eyni uğuru "Fənərbaxça" önündə təkrarlaya bilməyib. İstanbul nəhəngi səfər matçından böyükhesablı qələbə ilə qayıdaraq, yarımfinal mərhələsinə vəsiqənin öhdəsindən böyük ölçüdə gəlib.

"Qalatasaray" isə Superliqada mövsümün sürpriz komandalarından olan "Alanyaspor"un qonağı olub. Ölkə çempionatında çempionluğa iddia edən alanyalılar kubokda da iddialarını ortaya qoyublar. Hər hissədə bir qol buraxan "cim-bom" cavab qarşılaşması öncəsi işini xeyli çətinə salıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları çərçivəsindəki son matç ("Antalyaspor" - "Sivasspor") fevralın 6-da keçiriləcək. Cavab görüşləri isə ayın 11-13-də baş tutacaq.

Türkiyə kuboku
1/4 final
5 fevral
“Kırklarelispor” – “Fənərbaxça” – 0:3
Mevlüt Erdinç, 43; Mehmet Ekici, 52; Surqulu, 57 (avtoqol)
"Alanyaspor" - "Qalatasaray" - 2:0
Bakasetas, 20; Junior Fernandes, 55


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR