“Buta Airways”dən təyyarə qəzası ilə bağlı AÇIQLAMA

“Buta Airways”dən təyyarə qəzası ilə bağlı AÇIQLAMA
09:23 6 Fevral 2020
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabiha Gökçen aeroportunun baş vermiş insident səbəbindən bağlanması ilə əlaqədar “Buta Airways”in J2-9103 nömrəli reysinin sərnişinləri İstanbul hava limanına çatdırılacaqlar.

Publika.az xəbər verir ki, bu barədə "Buta Airways"in mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir ki, Sabiha Gökçen aeroportunun baş vermiş insident səbəbindən bağlanması ilə əlaqədar “Buta Airways”in J2-9103 nömrəli reysinin sərnişinləri İstanbul hava limanına çatdırılacaqlar.

Sabiha Gökçen aeroportundan Bakıya uçmalı olan sərnişinlər İstanbulun yeni hava limanına avtobuslar vasitəsilə çatdırılacaqlar.

Qeyd edək ki, "Pegasus" aviaşirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib və zolaqdan çıxaraq yanıb və parçalanıb. Hadisə nəticəsində 3 nəfər həlak olub, 179 nəfər isə xəsarət alıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/304064.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR