Çin gömrük tariflərini endirir

Çin gömrük tariflərini endirir
09:47 6 Fevral 2020
64 Digər
Ölkə mətbuatı
A- A+

Çin 75 milyard ABŞ dolları dəyərindəki ABŞ məhsullarına tətbiq olunan gömrük tariflərini 50% endirəcək.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, qərar fevralın 14-dən qüvvəyə minəcək.
Məlumata görə, qərar əsasən aşağı gömrük tarifləri tətbiq olunan mallara şamil ediləcək. Belə ki, analoji mallarda gömrük tarifləri 10%-dən 5%-ə və 5%-lik gömrük tarifi tətbiq olunan mallarda isə 2,5%-ə endiriləcək.
Qeyd edək ki, Çin Tarif Şurası digər tətbiq olunan gömrük sanksiya tariflərinin qüvvədə qalaçağını açıqlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/cin-gomruk-tariflerini-50-endirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR