Dünyanın ən yaraşıqlı 3 kişisi - FOTO

Dünyanın ən yaraşıqlı 3 kişisi - FOTO
10:17 6 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Alimlər müasir texnologiyanın köməyi ilə dünyanın ən yaraşıqlı kişilərini müəyyən ediblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, tanınmış aktyorlar və idmançılar arasında həyata keçirilən axtarışda, üzün proporsional quruluşu olan qızıl bölmə prinsipindən istifadə edilib.

Siyahıda "Alatoranlıq" filmindəki obrazından sonra milyonlarla qadının sevimlisinə çevrilən britaniyalı aktyor Robert Pattinson birinci yeri tutub. Onun üzünün parametrləri ideala 92,5% yaxın olub.

İkinci yerdə isə "Superman" obrazını canlandıran britaniyalı aktyor Henri Kavillu qərarlaşıb.

Üçüncü yeri Bredli Kuper, 4-cü və 5-ci yerləri isə Bred Pitt və Corc Kluni tutub.

Onluğa aktyorlar Hyu Cekman, İdris Elba, Rayan Qoslinq, futbolçu Devid Bekhem və repçi Kanye Uest də daxil olublar.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/823606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR