Şərq ölkələrində ali təhsil almaq istəyən Azərbaycan gənclərinin sayı artır

Şərq ölkələrində ali təhsil almaq istəyən Azərbaycan gənclərinin sayı artır
12:57 6 Fevral 2020
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici ölkələrdə təhsil almaq istəyən Azərbaycan gənclərinin oxumaq üçün seçdikləri ölkələr üzrə maraq tendensiyaları dəyişir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Tural Əhmədov deyib.

Onun sözlərinə görə, bu tendensiya məhz prioritet ixtisasların formalaşması istiqaməti üzrə dəyişir:

T.Əhmədov əlavə edib ki, bir vaxtlar insanlar daha çox ABŞ və Avropa təhsilinə üz tuturdularsa, indi Şərq ölkələrinə maraq getdikcə artır:

"Məsələn, Sunqapur, Çin bu ölkələrin sırasındadır. Artıq dünya üzrə 500 ən yaxşı universitetin ən son reytinq sıralamasında Çin universitetlərinin sayı artır. Çinin 46 universiteti bu reytinqdə yer alıb. Əgər Azərbaycan vətəndaşı informasiya-texnologiya sahəsi üzrə təhsil almaq istəyirsə, o, bu imkanları yalnız təqaüd proqramları çərçivəsində gercəkləşdirmək barədə düşünmür. O fikirləşir ki, bu ixtisas gələcəkdə mənə nə verəcək və bu təhsili hansı universitetdə daha yaxşı ala bilərəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/823655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR