Qorxunu götürmək üçün çıldağ, yoxsa həkim? -

Qədim müalicə üsulu çıldağ: "Qorxunu götürür, qan dövranın yaxşılaşdırır".

Metbuat.az xəbər verir ki, türkəçarənin bir növü hesab olunan çıldaq qədim zamanlardan qorxunu götürmək məqsədilə müalicə üsulu kimi istifadə olunub.

Bakının Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahı el arasında daha çox “Çildağ” kimi tanınır.

Bir çox insan xüsusilə Bakı camaatı zaman-zaman öz qorxularını götürmək, bədnəzəri özlərindən uzaqlaşdırmaq üçün "çildağ müalicəsi" nə üstünlük veriblər.

Bəs əslində Çıldağ necə edilməlidir? Və ya hər kəs çıldaq edə bilərmi?

Uzun müddət bu işlə məşğul olan çıldağçı qadın deyir ki, hər kəs bu işlə məşğul ola bilməz.

“Çıldaqçılıq irsən keçir insana. Bizdə bu nəsildən-nəslə keçib.”

Çıldaqçı qadın deyir ki, müalicə üçün bura gələnlərin sayı kifayət qədərdir. Hətta bəzən də həkimlər öz xəstələrini bizim yanımıza göndərirlər.

Söhbətimiz ərzində çıldağ etmə prosesinin necə aparıldığını da öyrəndik. Çıldaqçı qadın prosesi əyani şəkildə göstərərək işini belə izzah etdi:

"Çıldağ zamanı müəyyən nöqtələrə xüsusi parçadan hazırlanmış köz vurulur. Həmin nöqtələr isə alında, oynaqlarda, topuqlarda, boyun nahiyəsində və qollarda olur. Bu zaman sinirlər ayılır, qan dövranı yaxşılaşır".

Burada sonuncu mərhələ isə şüşə qab sındırmaqdır. Belə ki, burada digər bir qadın qorxunun götürülməsini niyyət edərək şüşəni ziyarətçinin başına fırlayaraq təyin olunmuş yerə çırparaq sındırır. Bununla da proses başa çatmış hesab olunur. Müsahibimiz ərzində onu da öyrəndik ki, prosesi tamamilə bitirmək üçün bir insan üç dəfə çıldaq olunmalıdır.

Onu da qeyd edək "Çıldağ" müalicəsi tək sözügedən pirdə yox Bakının bir çox yerlərində həyata keçirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR