Koronavirusa qarşı yeni dərmanın klinik sınaqları başlayıb

Koronavirusa qarşı yeni dərmanın klinik sınaqları başlayıb
13:07 6 Fevral 2020
53 Digər
Ölkə mətbuatı
A- A+

2019-nCoV koronavirusun ilk dəfə müşahidə olunduğu Çinin Vuhan şəhərində ABŞ-ın “Gilead Sciences” şirkəti tərəfindən təqdim edilən remdesivir adlı yeni dərmanın sınaqları ötən gün başlayıb.
“Report” “Geneng”ə istinadən xəbər verir ki, Çin Milli Tibbi Məhsullar Administrasiyası Çin – Yaponiya Dostluğu Hospitalı və Çin Tibbi Elmlər Akademiyası tərəfindən əlaqələndiriləcək sınaqların keçirilməsini təsdiqləyib.
Dərmanın “in vitro”, yəni bədəndən kənar tədqiqatları zamanı yeni koronavirusun inkişafını əngəlləyən səmərəli vasitə olduğunun üzə çıxdığı bildirilir.
“Xinhua” xəbər verir ki, Dostluq Hospitalı dərmanla bağlı araşdırmaların 3-cü mərhələsi çərçivəsində Vuhanın Jinyintan hospitalında 761 xəstə üzərində sınaq aparmağı nəzərdə tutur. Bunlardan 308 nəfər xəstəliyə zəif və orta səviyyədə, 453 nəfər isə ağır səviyyədə yoluxublar.
Çin Milli Səhiyyə Komissiyasına görə ötən çərşənbə axşamına olan məlumata əsasən koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 24 324 olub, 490 xəstə ölüb, 892 xəstə isə müalicə olunaraq sağalıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/koronavirusa-qarsi-yeni-dermanin-klinik-sinasqlari-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR