Messinin "Barselona" dönəmi sona çatır?

Messinin "Barselona" dönəmi sona çatır?
13:27 6 Fevral 2020
133 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın ulduz futbolçusu Lionel Messi mövsümün sonunda komandanı tərk edə bilər.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın nüfuzlu "La Gazzetta dello Sport" nəşri məlumat verib.

Məlumatda bildirilir ki, klubda son yaşananlar argentinalı futbolçunu narahat edir. O, hər şeyə görə məsuliyyət daşımaqdan artıq bezib. Bu yaxınlarda klubun idman direktoru Erik Abidalın Ernestə Valverdə haqda açıqlaması isə ulduz oyunçu özündən çıxarıb. Abidal Valverdenin dönəmində komandada bəzi oyunçular xoşbəxt olmadığını və onların oynamaq istəmədiyini bildirmişdi. Messi isə bu açıqlamaya etiraz edib.

Bununla yanaşı, təcrübüəli futbolçu Valverdenin komandadan ayrılmasını istəmirdi. Ancaq klub rəhbərliyinin ona rəğmən, ispaniyalı mütəxəssislə yollarını ayırması futbolçu üçün sürpriz olub. Bütün bu yaşananlardan sonra isə Messi üçün "Barselona" dönəminin sona çatmaq üzrə olduğu qeyd edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/823663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR