Subsidiya kartlarından ödənişlər etmək üçün POS-terminalların sayı artırılacaq

Subsidiya kartlarından ödənişlər etmək üçün POS-terminalların sayı artırılacaq
13:32 6 Fevral 2020
59 Digər
Ölkə mətbuatı
A- A+

"Bu ilin fevralın 15-20-i tarixlərinə qədər subsidiyaların yeni qaydalar əsasında verilməsi ilə əlaqədar fermer kartların paylanması prosesinin böyük hissəsi yekunlaşacaq".
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev gübrə, pestisid və toxum təchizatçıları ilə görüşdə bildirib. 
M.Əliyev vurğulayıb ki, bundan sonra fermerlər gübrə və pestisidləri əldə etməklə əkin ilinə hazır olacaqlar.
O əlavə edib ki, qarşıdan yaz əkinləri gəlir və fermerlərə evlərini tərk etmədən elektron bəyanlarını Subsidiya İnformasiya Sisteminə daxil edərək subsidiyalarını rahat əldə etməkləri ilə bağlı məlumatlandırılır. 
Agentliyinin sədri fermerlərin kartlarına ödənişlərin həyata keçirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib: "Sənədləri tam qaydasında olan və fermer kartı əldə edən fermerlərə ödənişlər kartlarına keçirilir". 
M.Əliyev qeyd edib ki, fermerlər subsidiya kartlarından ödənişləri "Kapital Bank" ASC-nin POS-terminalları vasitəsilə həyata keçirəcəklər: "Lakin Bankın ölkə üzrə POS-terminallarının sayı 70 ədəddir. Bu isə azdır". 
Daha sonra "Kapitalı Bank"ın nümayəndəsi çıxış edərək bildirib ki, POS-terminalların sayı 110-a çatdırılacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/kapital-bank-fermerlere-soz-verdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR