Çindən dünyaya müraciət: Çaxnaşmaya son qoyun!

Çindən dünyaya müraciət: Çaxnaşmaya son qoyun!
16:05 6 Fevral 2020
166 Dünya
Ölkə mətbuatı
A- A+

Çin hökuməti pnevmaniyanın yayılması fonunda çaxnaşmanı dayandırmaq barədə dünya birliyinə çağırış edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu müraciət Çinin Xarici İşlər Nazirliyinin (XİN) sözcüsü Hua Çunyin tərəfindən brifinqdə edilib.

O xəbərdarlıq edib ki, bu ancaq mənfi nəticələrə səbəb olacaq.

"Dünya birliyi 2019-nCoV virusunun səbəb olduğu sətəlcəm fonunda ümumi çaxnaşmanın böyüməsini stimullaşdıran və beynəlxalq qarşılıqlı münasibətləri pozan fövqəladə tədbirlər görməməlidir. Bu cür fəaliyyətlər koronavirusla mübarizəyə kömək etməməklə yanaşı, panikaya səbəb olacaq, bu isə beynəlxalq nizama və əməkdaşlıq üçün əlaqələrə xələl gətirəcək", - deyə XİN təmsilçisi bildirib.

Son məlumatlara görə, Çində yeni növ koronavirusdan 563 nəfər ölüb. Bundan başqa, 1153 nəfər virusdan sağalıb, 28 018 nəfər isə ona yoluxub. Ötən gün virusa 24 300 nəfərin yoluxduğu və 490 nəfərin öldüyü bildirilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/823708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR