Fransada Azərbaycanla bağlı məşğələlər keçiriləcək

Fransada Azərbaycanla bağlı məşğələlər keçiriləcək
16:07 6 Fevral 2020
60 Digər
Ölkə mətbuatı
A- A+

Fransada Azərbaycan mədəniyyəti və sivilizasiyasına həsr olunmuş məşğələlər keçiriləcək.
"Report"un yerli bürosu xəbər verir ki, tədbirlər Paris Azərbaycan Evinin təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə baş tutacaq. 
Martın 7-dən Parisdə başlayacaq məşğələlər Azərbaycan dili, tarixi, coğrafiyası və mədəniyyətinə həsr olunacaq və Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində baş tutacaq.
Məşğələləri Paris Azərbaycan Evinin sədr müavini Mehri Quliyeva aparacaq. 
Tədbirə 6-12 yaşlı uşaqlar qatılacaqlar.




Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/fransada-azerbaycanla-bagli-mesgeleler-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR