Dubaydan Bakıya gələn Koreya vətəndaşında külli miqdarda mobil telefon aşkarlandı

Dubaydan Bakıya gələn Koreya vətəndaşında külli miqdarda mobil telefon aşkarlandı
16:17 6 Fevral 2020
47 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonları Azərbaycanın gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.
“Report”un Komitəyə istinadən verdiyi məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Koreya Respublikası vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən saxlanılıb və “Qırmızı kanal”a yönləndirilib.
Baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub. Bu zaman ona məxsus çamadanda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan 15 ədəd “İphone”, 1 ədəd “Huawei”, 49 ədəd “Samsung” markalı mobil telefonlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/dubaydan-bakiya-kulli-miqdarda-mobil-telefon-getirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR