“Alibaba” koronavirusa qarşı onlayn platforma qurub

“Alibaba” koronavirusa qarşı onlayn platforma qurub
16:22 6 Fevral 2020
54 Digər
Ölkə mətbuatı
A- A+

Çinin elektron ticarət şirkəti “Alibaba” koronavirusun təsiri altında olan bölgələrin sağlamlıq və tibbi məhsullarına olan tələbatını ödəmək üçün "Qlobal birbaşa Təchizat Platforması" qurub.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, platformanın qurulmasına 143 milyon ABŞ dolları ayrılıb.
Məlumata görə, elektron platforma vasitəsi ilə tibb işçiləri və tibb məhsulları istehsal edən tədarükçülər arasında birbaşa əlaqə yaratmaq daha da asanlaşacaq.
Qeyd edək ki, xəstəxanalar və yerli hakimiyyət orqanları ehtiyac yaranan tibb məhsullarının xüsusiyyətləri, modeli və miqdarını bu platformaya daxil edəcək. Tədarükçülər isə təklif etmək istədikləri məhsullar barədə məlumat paylaşacaqlar.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/alibaba-koronavirusa-qarsi-online-platforma-qurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR