Bakıda qəbristanlıqda QƏRİBƏ CİNAYƏT - Hasarı oğurladılar

Bakıda qəbristanlıqda QƏRİBƏ CİNAYƏT - Hasarı oğurladılar
16:32 6 Fevral 2020
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Pirallahı rayonunda oğurluq hadisəsi baş verib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, rayon ərazisində olan qəbristanlıqlardan birindən oğuqluq edilməsi barədə rayon polis şöbəsinə müraciət daxil olub.

Rayon sakini S.Vladimiroviç polisə yazdığı ərizədə qeyd edib ki, onun anasına aid qəbrinin yanında olan dəmir hasarlar oğurlanıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü, Adil Rzayev müəyyən olunub. O, həbs edilib.

Məlum olub ki, Adil Rzayev əvvəllərdə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/823677.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR