Fransada nümayişlər səngimir -

Fransada nümayişlər səngimir -
23:52 6 Fevral 2020
89 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Fransada 121 min nəfər təqaüd sistemində islahatlara qarşı keçirilən etiraz aksiyalarında iştirak edib. “Report”un Fransa bürosu xəbər verir ki, Fransanın paytaxtı Parisdə küçələrə çıxan etirazçıların sayı 15 min nəfər olub.
Aksiya iştirakçıları paytaxtın Respublika meydanından Millət meydanına doğru yürüş ediblər. İctimai asayişi pozmağa cəhd edən iki nəfər saxlanılıb.
Xatırladaq ki, keçən ilin 5 dekabrından başlayan pensiya islahatlarına qarşı olan ümummilli tətillər nəticəsində iqtisadiyyatın bir çox sektorlarında və administrasiyanın müxtəlif səviyyələrində güclü “dayanmalar”, nəqliyyatın hərəkətlərində ciddi pozuntular baş verir.
Növbəti aksiya günü gələn həftə bazar ertəsinə təyin olunub.
Xatırladaq ki, fransızların küçələrə çıxmasına səbəb olan islahat çətin əmək şəraiti səbəbindən daha tez təqaüdə çıxmaq və ya artıq ödənişlər almağa imkan verən bir sıra peşə nümayəndələri üçün xüsusi kateqoriyaların aradan qaldırılması üçün hazırlanıb.





Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransada-numayisler-sengimir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR