Bakıda avtomobil maneəyə çırpıldı, üç nəfər xəsarət aldı

Bakıda avtomobil maneəyə çırpıldı, üç nəfər xəsarət aldı
00:12 7 Fevral 2020
98 Digər
Ölkə mətbuatı
A- A+

Bu gecə Bakıda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, nəqliyyat vasitəsinin yol kənarındakı maneəyə çırpılması nəticəsində Rüstəmov Murad Cəsur oğlu, Məhərrəmov İlkin Vladimir oğlu və Abdullazadə Xəyal Vaqif oğlu yaralanıb.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Rüstəmov Murad Cəsur oğluna baş-beyin silkələnməsi və bədənin çoxsaylı zədələri, digər iki şəxsə isə bədənin çoxsaylı zədələri diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-avtomobil-maneeye-cirpildi-uc-nefer-xesaret-aldi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR