Vilayət Eyvazovdan daha bir

Daxili İşlər Nazirliyində daha bir təyinat olub.

Metbuat.az xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.Əmrə əsasən, polkovnik-leytenant Arzu Rzayev Kürdəmir Rayon Polis Şöbəsinə rəis gətirilib.

O, bundan əvvəl Siyəzən Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, bir müddət əvvəl Kürdəmir RPŞ-nin rəisi Sultan Zeynalov DİN-in Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə gətirilmişdi.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR