Gəncədə mənzildən pul və ev əşyaları oğurlanıb

13:22 17 Yanvar 2015
124 Digər
Ölkə mətbuatı
A- A+

[ 17 Yanvar 2015 13:18 ]


Gəncə. Azər Məmmədli - APA. Gəncədə oğurluq edilib.

 

Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini Natiq Aslanov idarəyə müraciət edərək bildirib ki, o, Rusiya Federasiyasında yaşayan qardaşı Vüqar Aslanovun Dədə Qorqud küçəsində yerləşən mənzilinə baş çəkib.

 

Bu zaman məlum olub ki, naməlum şəxs və ya şəxslər evin pəncərəsindən içəri daxil olaraq, oradan televizor, mikrodalğalı soba, bir neçə ədəd dəri gödəkcə, 2 min ABŞ dolları məbləğində pul və digər ev əşyalarını oğurlayıb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR