Polşanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq

Polşanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq
12:27 7 Fevral 2020
71 Digər
Ölkə mətbuatı
A- A+

Bu il mayın 10-da Polşada prezident seçkilərinin keçirilməsi ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq.
“Report” Polşa hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məntəqələr ölkənin xaricdəki diplomatik nümayəndəliklərində göstərilən gün saat 07:00-dan 21:00-dək açıq olacaq.
Həmçinin qeyd olunur ki, xaricdə yaradılan seçki məntəqələrinin sayı və seçki komissiyalarının seçki məntəqələrinin yerləri barədə məlumatlar aprelin 19-dək yayımlanmalıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/polsanin-azerbaycandaki-sefirliyinde-secki-menteqesi-acilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR