Renatdan İngiltərədə vacib qol

Millimizin üzvü Renat Dadaşov İngitərənin “Vulverhempton” klubunun U-23 komandasında növbəti oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, gənc hücumçu Premyer Liqa kubokunun qrup mərhələsində “Birminhem”in müvafiq yaş qruplarından olan komandası ilə görüşdə iştirak edib. 90 dəqiqə meydanda olan Dadaşov 75-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edən qolu vurub. Görüş 2:2 hesabı ilə başa çatıb.

“Vulverhempton” H qrupunda 4 oyuna 8 xalla liderdir.

Qeyd edək ki, ötən ay Portuqaliyanın “Pasuş de Ferreyra” klubundan icarədən qayıdan 20 yaşlı forvard “Vulverhempton”da 5 oyuna 4 qol vurub. O, "Liverpul"un da qapısına yol tapıb.(qol.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR