Azərbaycanlı modellə dünya şöhrətli brend arasında

Məşhur italyan brendinin yeni reklam çarxı model Fəridə İbrahimovanı özündən çıxarıb. O iddia edir ki, reklam onun videoçarxına bənzəyir.

Metbuat.az bildirir ki, Ukraynanın Azərbaycan əsilli modeli, "Ukraynanın ikinci vitse-gözəli - 2015" titulunun sahibi Fəridə İbrahimova "Dolce-Gabbana" brendini onun ideyasını oğurlamaqda ittiham edib. Bu, Fəridənin başına gələn ilk belə hal deyil. Model "Instaqram" səhifəsində brendin yeni reklam çarxından onun öz videoçarxına çox bənzəyən kadrları paylaşıb. O, izləyicilərindən bu iki video arasında mümkün fərqləri tapmağı xahiş edib:

"Mənim videom iki il əvvəl Ravelloda çəkilib. "Dolce&Gabbana" mənim videomu oğurlayıb. Özü də bu, birinci dəfə deyil. Videoda eyni məkan, eyni ideyadır".

İzləyiciləri modeli tam dəstəkləyərək bildiriblər ki, onun çəkildiyi çarx dünya brendi üçün çəkilən reklamdan qat-qat yaxşıdır.

Xatırladaq ki, 2019-cu ildə azərbaycanlı model planetin ən gənc milyarder xanımını - "Kardaşyan ailəsi" teleşousunun iştirakçısı Kayli Cenneri özünün yeni fotosessiyasında tamamilə Fəridənin obrazından istifadə etməkdə günahlandırmışdı. Model dəfələrlə deyib ki, ona elə gəlir ki, dünyanın məşhurları sosial şəbəkədə onu izləyirlər.

"Dolce&Gabbana" — 1985-ci ildə modelyerlər Domeniko Dolçe və Stefano Qabbananın yaratdıqları İtaliya moda evidir.

Fəridə İbrahimova əsasən Ukraynada yaşayır və işləyir. O, bir sıra Ukrayna brendlərinin simasıdır və tək Ukraynada deyil, Azərbaycanda da bir çox məşhur dizaynerlərin moda həftələrində iştirak edir. Hazırda daha çox əcnəbi həmkarları ilə birlikdə reklam layihələrində yer alır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR