"Balamı daşa həkk elədim" - Nərminin məzarı hazırlandı /

Tovuzun Dondar Quşçu kəndində öldürülüb yandırılan Nərmin Quliyevanın məzarının üstü götürülüb.

Metbuat.az xəbər verir ki, bu haqda Nərminin atası Şərif Quliyev "News24.az"-a məlumat verib.

Onun sözlərinə görə, yaxın günlərdə Nərminin 40 mərasimi olacaq. Və ailə həmin günədək qəbir daşının qoyulmasına çalışıb:

“İstəyirdik 40 mərasiminə qədər Nərminin qəbri götürülsün. Nəhayət, düzəldi. Canım yana-yana balamı daşa həkk elədim. Üstünə gül qoyduq, dua oxuduq. Bu, bizim onun üçün edə biləcəyimiz son şeydir. Bir də qatilinin cəzalandığını görsəm, bəlkə ürəyim bir az soyuyar”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR