Xaçmazda KOB Evi sahibkarlara innovativ xidmətlər göstərəcək

Xaçmazda KOB Evi sahibkarlara innovativ xidmətlər göstərəcək
15:32 7 Fevral 2020
Ölkə mətbuatı
A- A+

"KOB Evi operativlik, nəzakət və çeviklik prinsiplərinə uyğun olaraq müasir innovasiyalara əsaslanan dövlət-biznes (G2B) və biznes-biznes ximətlərinin təqdim olunmasının vahid məkanına çevrilib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov Xaçmazda KOB Evinin açılış mərasimində deyib.

O bildirib ki, KOB Evində sahibkarlar üçün startap layihələrin biznes və marketinq planlarının hazırlanması, biznes sahəsində maarifləndirmə, sahibkarlıq fəaliyyətinin qeydiyyatı, resurslara, logistika və infrastruktur şəbəkələrinə çıxışın asanlaşdırılması, mühasibat uçotunun aparılması, idxal-ixracın rəsmiləşdirilməsi üzrə xidmətlər göstəriləcək, eləcə də ixracın təşviqi və digər istiqamətlər üzrə tədbirlər həyata keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/824019.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR