Nazirlik xüsusi loqo müsabiqəsi elan etdi

Nazirlik xüsusi loqo müsabiqəsi elan etdi
16:03 7 Fevral 2020
107 Maraqlı
Ölkə mətbuatı
A- A+

2019-cu ildə Bakı şəhəri UNESKO-nun qərarı ilə bu təşkilatın Yaradıcı Şəhərlər Şəbəkəsinə “Dizayn” tematikası üzrə daxil edilmişdir. Bu əsasda Azerbaijan Design Award müsabiqəsi çərçivəsində Bakı Dizayn Şəhərinin xüsusi loqosunun hazırlanması üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Kreativ Azərbaycan portalı loqo müsabiqəsini elan edir.

Müsabiqənin qalibi Apple Macbook Air 2019 noutbukunu qazanacaqdır. Mükafat qalibə Azerbaijan Design Award müsabiqəsinin yekun tədbirində təqdim olunacaqdır.

Ölkəmizin bütün dizaynerlərini bu müsabiqədə iştirak etməyə dəvət edirik!

Layihələr azerbaijandesignaward.com saytında xüsusi “Baku Design City” kateqoriyasında qəbul olunacaq. Layihələrin qəbul tarixi 10 fevral - 20 fevral arasında aparılacaq. Müsabiqənin qalibi Azerbaijan Design Award 2020 layihəsinin final gecəsində canlı elan ediləcək.

İştirak şərtləri:

  • İştirakçı olmaq üçün rəsmi saytda qeydiyyatdan keçmək lazımdır.
  • Hər iştirakçı mövzu üzrə maksimum 2 versiya təqdim edə bilər.
  • Hər layihə mütləq 5 şəkildən (jpeg) ibarət olmalıdır.
  • Hər yüklənən şəklin maksimum ölçüsü 2 mb olmalıdır.
  • Təqdim olunan layihənin izahedici mətni olmalıdır.
  • Təqdim olunan layihələr sizə məxsus olmalıdır.

Qeydiyyat linki: azerbaijandesignaward.com/register

UNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi haqqında məlumat: https://en.unesco.org/creative-cities/home


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dizayn/304229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR