“Azərişıq” təcili iclas keçirdi - Təhlükəli hava...

“Azərişıq” təcili iclas keçirdi - Təhlükəli hava...
16:05 7 Fevral 2020
209 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin 8-11 fevral 2020-ci ildə təzadlı dəyişəcəyi, 7-döən 8-nə keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında güclü küləyin başlanması ilə əlaqədar olaraq "Azərişıq" ASC gücləndirilmiş iş rejiminə keçib".

Milli.Az xəbər verir ki, bunu Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, "Azərişıq" rəhbərliyi təcili iclas keçirib:

"Bununla əlaqədar "Azərişıq" rəhbərliyi və texniki departamentin əməkdaşlarının iştirakı ilə toplantı keçirilib və gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Toplantıda həmçinin güclü küləyin və yağışların olacağı ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib".

T.Mstafaeyv əlavə edib ki, "Azərişıq" rəhbərliyinin göstərişinə əsasən regionlarda növbətçilik yaradılıb: "Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı çağrı mərkəzinin əməkdaşlarının sayı artırılmasına qərar verilib. Qurum istehlakçılara müraciət edərək bildiririk ki, havaların küləkli-çovğunlu olduğu vaxtlarda yüksəkgərginlikli hava xətlərinin olduğu yerlərdən keçməsinlər və qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/824026.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR