SOCAR-ın daxili təqaüdünü qazanmış tələbələrə plastik kartlar təqdim olundu

SOCAR-ın daxili təqaüdünü qazanmış tələbələrə plastik kartlar təqdim olundu
19:07 7 Fevral 2020
78 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Neft Şirkətinin baş ofisində (SOCAR Tower) şirkətin Azərbaycan gənclərinin inkişafı məqsədi ilə həyata keçirdiyi 2018-2019-cu tədris ili üzrə Daxili Təqaüd Proqramı layihəsinin qaliblərinə plastik kartların verilməsi mərasimi keçirilib.
"Report" bu barədə SOCAR-a istinadən xəbər verir. 
Məlumata görə, tədbirdə şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və kadr, rejim və informasiya texnolgiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov iştirak edib. Qeyd olunub ki, müsabiqəyə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə əyani təhsil alan 2-ci, 3-cü və 4-cü kurs tələbələri, habelə müvafiq ixtisaslar üzrə əyani və qiyabi təhsil alan magistrantları (ümumilikdə 2300 nəfərdən artıq gənc) müraciət edib, onlardan 94-ü uğur qazanıb. Ümumilikdə isə 2005-ci ildən etibarən SOCAR-ın Daxili Təqaüd Proqramına müraciət etmiş 25 mindən çox tələbə gənclərdən 2 159 nəfər şirkətin təqaüdçüsü olub. İndiyə qədər Daxili Təqaüd Proqramının 193 qalibi SOCAR-da müsabiqədənkənar işlə təmin olunub.
Xatırladaq ki, SOCAR istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004-2005-ci tədris ilindən etibarən tələbələr üçün Daxili Təqaüd Proqramını təsis edib. Təqaüd proqramı ilk illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün nəzərdə tutulsa da, hazırda ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrə şamil edilir.










Xəbərin orijinal ünvanı: https://report.az/energetika/telebelere-plastik-kartlar-teqdim-olundu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR