Macarıstan yeni alyansa qoşulmuş ilk Avropa İttifaqı ölkəsidir

Macarıstan yeni alyansa qoşulmuş ilk Avropa İttifaqı ölkəsidir
23:52 7 Fevral 2020
235 Dünya
Ölkə mətbuatı
A- A+

Macarıstan ABŞ Prezidenti Donald Tramp tərəfindən təsis edilmiş Beynəlxalq Dini Etiqad Azadlığı Alyansına qoşulmuş ilk Avropa İttifaqı üzvü olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Macarıstanın Xarici İşlər naziri Piter Siyyarto Vaşinqtondan gələn kimi dərhal mətbuat konfransında bəyan edib.

Yeni təşkilatın birinci iclası ABŞ-ın Dövlət katibi Mayk Pompeonun sədrliyi ilə Vaşinqtonda keçirilib. İclasda P.Siyyarto ilə bərabər, yeni alyansa qoşulmuş 26 ölkənin nümayəndələri iştirak ediblər.

Piter Siyyarto mətbuat konfransında deyib ki, Macarıstan beynəlxalq təşkilatların dünyada dini icmaların təqib edilməsinə guya göz yumması fikri ilə razı deyil. Onun sözlərinə görə, Budapeşt Afrikada və Yaxın Şərqdə təqib edilən dini icmalara 50 milyon dollar yardım təqdim edib.

Nazir deyib: "Biz fəxr edirik ki, Macarıstan Birləşmiş Ştatlar tərəfindən yaradılmış yeni beynəlxalq alyansa qoşulmuş ilə Avropa ölkəsi olub. Bu alyans bütün dünyada din və əqidə azadlığının irəlilədilməsinin tam tərəfdarı olan həmfikir ölkələr şəbəkəsidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/823993.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR