Təşviqat başa çatdı

Təşviqat başa çatdı
08:33 8 Fevral 2020
74 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisə seçkilər üzrə seçkiqabağı təşviqatın aparılması başa çatıb.

Publika.az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Seçkiqabağı təşviqatın aparılması 17 yanvar saat 00:00-dan 8 fevral saat 08:00-dək davam edib. Bu dəqiqədən etibarən təşviqat aparmaq qadağandır.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/304283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR