Bu ölkə “Android” sistemində zərərli proqramların sayına görə liderdir

Bu ölkə “Android” sistemində zərərli proqramların sayına görə liderdir
08:52 8 Fevral 2020
Ölkə mətbuatı
A- A+

"Eset" şirkətinin 2019-cu il üzrə yekun hesabatında "iOS" və "Android" sistemlərində aşkar edilmiş boşluqlar, ən geniş yayılmış təhlükələr və mobil qurğuların müdafiəsi üsulları təsvir edilib. Mütəxəssislər bildiriblər ki, mobil zərərverici proqram təminatının 99%-i "Android" sisteminin idarəetməsi altında işləyən qurğular üçün nəzərdə tutulub.

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, hazırda "Android" sisteminin bazar payı 76%, "iOS"da isə bu göstərici 22% təşkil edir. "Google"un platformasının populyarlığı onu kiberhücumlar üçün hədəfə çevirib. Bundan başqa, smartfonların 90%-i istifadəçilər tərəfindən əməliyyat sisteminin aktual versiyası ilə vaxtında yenilənmir.

2019-cu ildə "Android" sistemində aşkar edilmiş zərərli proqram təminatının sayına görə lider Rusiya olub. Növbəti pillələri İran və Ukrayna tutublar.

"Google"un səyi sayəsində 2018-ci illə müqayisədə 2019-cu ildə aşkar edilmiş arzu olunmayan proqramların sayı 9% azalıb. Amma bu, "Google Play" kataloqundakı proqramlarda təhlükələrin sayının azalması demək deyil. Təhlükəsiz proqramlar kimi maskalanan və təhlükəsizlik yoxlamasından uğurla keçən troyanların sayı artır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/823146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR