Bu dəfə Çin deyil: vəhşi heyvanlar diri-diri qaynadılır - Görülməmiş vəhşilik - FOTOlar

Bu dəfə Çin deyil: vəhşi heyvanlar diri-diri qaynadılır - Görülməmiş vəhşilik - FOTOlar
09:32 8 Fevral 2020
105 Maraqlı
Ölkə mətbuatı
A- A+

Çinin Uhan şəhərində yeni növ koronavirusun mənbəyi kimi göstərilən Huanan Dəniz Məhsulları Bazarı bağlandıqdan sonra, bu dəfə İndoneziyada olan və dünyanın ən qorxunc bazarı hesab edilən Tomohon bazarı dünya gündəminə düşüb.

Milli.Az Qanarinfo-ya istinadən xəbər verir ki, sözügedən bazara daha çox çinlilər üz tutur. Uhan bazarında olduğu kimi burada da yarasa, ilan, it, meymun və digər heyvanlar satılır. Bazarı qorxunc edən isə qəfəslərdə saxlanılan heyvanların satışdan öncə diri-diri qaynadılmasıdır. Satıcıların turistləri qorxutmaq və diqqət çəkmək üçün heyvanlara işgəncə verdikləri bildirilir. Hətta bəzi nəsli kəsilməkdə olan meymun növlərinin İndoneziya qanunlarına görə öldürülməsi qadağan olsa da, bazarda satılır.

Koronavirus səbəbindən bazar çinli müştərilər üçün bağlı olduğundan, turist sayından ciddi azalma müşahidə edilir.

Mütəxəssislər Tomoho bazarının və digər vəhşi heyvan bazarlarının potensial koronavirus yerləri olduğunu bildirirlər. Heyvan haqlarını müdafiə edənlər isə bu tip bazarların bağlanmasını tələb edirlər.

Vəhşi heyvanlarda müasir tibb tərəfindən hələ də müəyyənləşdirilməyən 1,7 milyon virus növü olduğu bildirilir. Tarix boyu çox sayda yoluxucu xəstəliyin Asiya və xüsusilə də Çində ortaya çıxması bu səbəbdən təsadüfi deyil. 

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/824122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR