Azərbaycanlı idmançı “Survivor”da

Azərbaycanlı idmançı “Survivor”da
09:52 8 Fevral 2020
373 Şou
Ölkə mətbuatı
A- A+

Kikboks üzrə dünya çempionu Pərviz Abdullayev (Kobra Pərviz) Türkiyənin məşhur "Survivor" yarışmasına qatılacaq.

Millli.Az sabah.az-a istinadən xəbər verir ki, idmançı Acun Ilıcalının rəhbəri və aparıcısı olduğu yarışmanın seçim mərhələlərindən keçib.

Pərviz artıq bir müddətdir bununla bağlı İstanbuldadır. O, yarışma üçün son hazırlıqlarla məşğuldur.

"Survivor" fevralın 16-da TV8-də yayıma başlayacaq. Oyun Dominikan adasında keçirilir.

Qeyd edək ki, bu il yarışmada "Arka sokaklar" serialında Murad obrazını canlandıran Uğur Pektaş, "Master Chef" yarışmasının iştirakçısı Yasin Obuz, sosial media fenomeni Cemal Can, aktyor Ersin Korkut, müğənni Əmrahın oğlu Tayfun Ərdoğan, futbolçu Sercan Yıldırımın yer alacağı açıqlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/824134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR