Bakının sərxoş xanım sürücüləri (VİDEO)

Bakının sərxoş xanım sürücüləri (VİDEO)
13:31 17 Yanvar 2015
142 Sosial
Ölkə mətbuatı
A- A+

Polis paytaxtda növbəti reyd keçirdib.

ANS TV-nin məlumatına görə, reydin əsas məqsədi əlbəttəki paytaxt küçələrində hərəkətin qanuni şəkildə təşkil edilməsi idi. Reyd zamanı ən çox rast gəlinən qayda pozuntusu sərxoş halda sükan arxasına əyləşmək oldu. Saxlanılan sürücülər tibbi eskperizadan keçirildikdən sonra barələrində hüquqi ölçü götürüldü.

Reydlərə paytaxtın Nizami, Nəsimi, Binəqədi rayon Yol Patrul Xidməti əməkdaşları da cəlb edilmişdi. Tədbirin gedişi zamanı Neftçilər prospektində saxlanılan xanım sürücünü sərxoş olduğuna rast gəlindi. Bu azmış kimi o, sənədlərini polis əməkdaşlarına verməkdən boyun da qaçırırdı.

YPX-nin inspektoru Mətin Abdullazadə xanım sürücünün manevr qaydasını pozduğu üçün saxlanıldığını deyir. Sürücü xanım ilk öncə sənədlərini təqdim etməkdən boyun qaçırdıb. Daha sonra isə onun içkili olduğu aydınlaşdırılıb.

Oşxar hadisə Binəqədi rayonu Cəfər Xəndan küçəsində də qeydə alındı. İçkili halda maşın idarə edən digər xanım da, yol polisinin əmirinə tabe olmağı üçün saxlanıldı. Sürücü və onun xanım sərnişinini maşından yalnız əraziyə Post Patrul Ximdəti əməkdaşları gəldikdən sonra düşürmək mümkün oldu.

Həsən Əliyev küçəsində "NİVA" markalı minik maşını sahibi tərəfindən əlavə detallarla təmin edildiyi üçün saxlanıldı.

YPX-nin tağım komandiri Nurlan Əliyev maşında səsgücləndirici vasitələrin olduğunu və bunun üçün inzibati qaydada tədbir görüləcəyini bildirdi.

Reyd zamanı 60-dən çox sürücü saxlanıldı. Tədbirin yekununda bəlli oldu ki, saxlanılanların böyük əksəriyyətəi sərxoş sürücülər olub.

BŞDYPİ-nin şöbə rəisi Vaqif Əsədov paytaxt üzrə 67 sərxoş sürücünün saxlanıldığını və bunlardan 6-nın qadın olduğunu açıqladı. 11 avtoxuliqan da onlar tərəfindən zərərsizləşdirilib. Yığılan sənədlər isə məhkəməyə göndəriləcək.

Paytaxt polisinin keçirdiyi bu reydlər mütəmədi olaraq davam etdiriləcək. Məqsəd isə sonda lazımi nəticələrin əldə edilməsidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR