Azərbaycan millisinin sabiq qapıçısı Rusiya klubu ilə anlaşdı

Azərbaycan millisinin sabiq qapıçısı Aleksandr Jidkovun yeni iş yeri müəyyənləşib.

Metbuat.az-ın məlumatına görə, 54 yaşlı mütəxəssis fəaliyyətini Rusiyada davam etdirəcək.

O, Milli Futbol Liqasında çıxış edən "Avanqard" klubu ilə anlaşıb. Jidkov Kursk klubunda qapıçı məşqçisi kimi çalışacaq.

Qeyd edək ki, Aleksandr Jidkov buna qədər Yev Yaşin Akademiyasında, "Anji" və "Rostov"da işləyib(apasport)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR