-Baş nazirin müavinləri dəyişdi - Prezidentdən qərar

-Baş nazirin müavinləri dəyişdi - Prezidentdən qərar
13:33 8 Fevral 2020
252 Dünya
Ölkə mətbuatı
A- A+

Türkmənistanın Baş nazirinin müavinləri dəyişdirilib.

Publika.az RİA “Novosti”yə istinadən xəbər verir ki, Prezident Qurbanqulu Berdıməhəmmədov hökumətin 2019-cu ilin yekunlarına həsr olunmuş iclasında baş nazirin iki müavinini vəzifəsindən azad edib.

2017-ci ilin oktyabrından baş nazirin iqtisadi məsələlər üzrə müavini olan Qoçmurad Muradov və elektroenergetika məsələləri üzrə müavini Çarımurad Purçekov tutduqları vəzifədən azad ediliblər. Onları müvafiq olaraq daha əvvəl Türkmənistan Ali Nəzarət Palatasının sədri vəzifəsini icra edən Qədirgəldi Muşşikov və Aşqabadın meri olan Şamuhammed Durdılıyev əvəz edəcək.

Ç.Purçekov bundan sonra energetika naziri təyin olunub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/304304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR