Assosiasiya Misirə səyahət üçün alternativ variantı açıqlayıb

Assosiasiya Misirə səyahət üçün alternativ variantı açıqlayıb
16:22 8 Fevral 2020
88 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yanvarın 22-dən etibarən Misirin Şarm Əl Şeyx şəhərinə aviabiletlər satma hüququ olan Gürcüstanın “İnterco Travel” şirkətinin səlahiyyətlərinin Ermənistanın “Anriva Tour” şirkətinə keçməsini əsas götürərək vətəndaşlara və turizm şirkətlərinə yeni alternativ yol təklif edir.
“Report” bu barədə Assosiasiyaya istinadən xəbər verir.
Assosiasiya bildirir ki, mart ayının 21-dən etibarən Misirin Şarm Əl Şeyx şəhərinə Azərbaycan Hava Yolları tərəfindən birbaşa uçuşlar həyata keçiriləcək: “Azərbaycan vətəndaşları üçün təhlükəsizlik tədbirləri nəzərə alınmaqla bütün lazımi şərait yaradılacaq. Yaxın günlərdə bütün təşkilati məsələləri öz üzərinə götürəcək turoperator haqqında ətraflı məlumat veriləcək. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası vətəndaşlara və turizm şirkətlərinə “Anriva Tour” şirkətinə alternativ olaraq məhz bu marşrutdan istifadə etməyi tövsiyə edir”.

Xəbərin orijinal ünvanı: https://report.az/turizm/assosiasiya-misire-seyahet-ucun-alternativ-varianti-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR