Dünya bazarlarında təbii qaz və neft ucuzlaşıb

Dünya bazarlarında təbii qaz və neft ucuzlaşıb
16:47 8 Fevral 2020
287 Dünya
Ölkə mətbuatı
A- A+

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

Milli.Az "APA-Economics"ə istinadən bildirir ki, martda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit - Britaniya istilik vahidi) görə 0,21% azalaraq 1,86 ABŞ dolları təşkil edib.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin aprel müqaviləsinin dəyəri 0,84% azalaraq 1 barelə görə 54,47 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında martda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,24% azalaraq 50,32 dollar olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/824178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR