Azərbaycan Şarm Əl Şeyxə səfər üçün yeni alternativ yol təklif edir

Azərbaycan Şarm Əl Şeyxə səfər üçün yeni alternativ yol təklif edir
17:37 8 Fevral 2020
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yanvarın 22-dən etibarən Misirin Şarm El Şeyx şəhərinə avia biletlər satma hüququ olan Gürcüstanın "İnterco Travel" şirkətinin səlahiyyətlərinin Ermənistanın "Anriva Tour" şirkətinə keçiməsini əsas götürərək vətəndaşalara və turizm şirkətlərinə yeni alternativ yol təklif edir.

Assosiasiyadan Milli.Az-a verilən məlumata görə, mart ayının 21-dən etibarən Misirin Şarm El Şeyx şəhərinə Azərbaycan Hava Yolları tərəfindən birbaşa uçuşlar həyata keçiriləcək.

Azərbaycan vətəndaşları üçün təhlükəsizlik tədbirləri nəzərə alınmaqla bütün lazımi şərait yaradılacaq: "Yaxın günlərdə bütün təşkilati məsələləri öz üzərinə götürəcək turoperator haqqında ətraflı məlumat veriləcək.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası vətəndaşlara və turizm şirkətlərinə "Anriva Tour" şirkətinə alternativ olaraq məhz bu marşurutdan istifadə etməyi tövsiyə edir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/824285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR