Çin koronavirusla mübarizəyə 9,56 milyard dollar ayırıb

Çin koronavirusla mübarizəyə 9,56 milyard dollar ayırıb
20:37 8 Fevral 2020
104 Maraqlı
Ölkə mətbuatı
A- A+

Çin yeni koronavirusun səbəb olduğu pnevmoniya ilə mübarizə üçün 66,74 milyard yuan (hazırkı məzənnə ilə 9.56 milyard dollar) səfərbər edib.

Milli.Az marja.az-a istinadən bildirir ki, bunu Çinin maliyyə nazirinin müavini Yuy Veiypin açıqlayıb.

O, qeyd edib ki, müvafiq məbləğdən 28,48 milyard yuan (Təxminən 4,08 milyard dollar) artıq xərclənib. Qurum rəsmisinin sözlərinə görə, bu vəsaitlərin təqribən 25% -i dövlət büdcəsi hesabına təmin edilib.

"Ayrılan vəsait koronavirusla mübarizədə subsidiyaların verilməsi, həmçinin tədqiqat işlərinin aparılması və ən vacib mal və ərzaq ehtiyatlarının toplanması üçün istifadə olunur. Maliyyələşdirmə bütün bölgələr tərəfindən təmin edilib"- deyə, nazir müavini əlavə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/824059.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR