Meesenger Kids-dən radikal qərar

Meesenger Kids-dən radikal qərar
21:12 8 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Feysbuk uşaqları pis niyyətli şəxslərdən qorumaq üçün yaratdığı Feysbuk Messenger Kids tətbiqini yeniləyib.

Milli.Az ted.az-a istinadən bildirir ki, tətbiqdə valideyn kontrolu artırılıb. Beləcə, uşaqların kimlərlə mesajlaşdığı ata-anaların daha çox diqqət mərkəzində olacaq.

Messenger Kids 2017-ci ildə 13 yaşından kiçik uşaqların istifadəsinə verilib. Şirkət minlərlə istifadəçinin valideynlərin icazə vermədiyi qrup danışıqlarına qatılmasına izn verən xətanın qəbul edilməsindən aylar sonra dəyişikliklərə imza atıb.

Yeniləmələrdən sonra valideynlər son 30 gündə uşaqlarının kimlərlə hansı sıxlıqda söhbət etdiyini, söhbət zamanı göndərilən foto və videoları görə biləcəklər. Bundan başqa, uşağın kimləri əngəllədiyinə baxmaq imkanı olacaq. Bu xüsusiyət problemli münasibətləri aşkar etməkdə köməkçi rol oynayacaq.

Sözügedən dəyişiklik digər cihazlarda açılan hesabdan çıxışı ehtiva edir. Paralel olaraq uşağın mesaj siyahısı, göndərdiyi, aldığı foto və videolar valideynlər tərəfindən endirilə biləcək. Uşağın kiminlə və nə zaman söhbət edəcəyinə ata-ana qərar verəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/823479.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR