Məşhur yazıçıya aid əşyalar tapılıb

Məşhur yazıçıya aid əşyalar tapılıb
04:32 9 Fevral 2020
173 Maraqlı
Ölkə mətbuatı
A- A+

İngilis ədəbiyyatının məşhur nümayəndəsi Çarlz Dikkensə aid olan itirilmiş portret, "Devid Kopperfild" əsərinin əl ilə yazılmış nüsxəsi və 25 məktub tapılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, itirilmiş portret, əlyazma və 25 nəşr olunmamış məktub xüsusi kolleksiyaçıdan 1,8 milyon funt sterlinqə satın alınıb.

Tapılan məktublar yazıçının "Milad nəğməsi" əsəri də daxil olmaqla digər romanlarının üzərində işləyən zamankı düşüncələrini əhatə edir.

Əşyalar il ərzində Çarlz Dikkens Muzeyində sərgilənəcəkdir .

Muzeyin direktoru Dikkensin ölümündən 150 il sonra incəsənət ocağına belə zəngin və vacib bir kolleksiyanın gəlməsinin çox xoş olduğunu deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/824130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR