Elə qar yağdı ki, insanlar evlərindən çölə çıxa bilmədilər - FOTO

Elə qar yağdı ki, insanlar evlərindən çölə çıxa bilmədilər - FOTO
06:32 9 Fevral 2020
311 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyənin Tunceli vilayətində yağan qarın hündürlüyü 2 metrəni ötüb. Dağlarda və yüksəkliklərdə qarın hündürlüyü hətta 4 metrə çatır.

Milli.Az xəbər verir ki, Tuncelinin Ovacık qəsəbəsində qarın hündürlüyü 2 metrəni ötüb. Qarın çox yağması nəticəsində bir çox evlər görünməz hala gəlib.  Qarın çox yağması təbiət gözəlliyi yaratsa da, insanların həyat şəraitlərini çətinləşdirib. Belə ki, qar evlərin qapısı və pəncərəsini örtüdüyündən çöl görükmür, insanlar həyətə çıxa bilmir. Qəsəbəyə giriş-çıxış yolları bağlı olduğundan  əksər alış-veriş mərkəzələri, müəssisələr işləmir, məktəblərdə tətil elan olunb.  İnsanlar evlərinin qardan xsarət görməsin deyə, üstünü təmizləməkdə də çətinlik çəkirlər. Çünki  qar həddən artıq yağıdığından təmsiləmək və evlərin üstünə çıxmaq olmur. Çökəklikdə və alçaq evlər qardan görünməz  hala düşüblər.

Yüksək ərazilərdə isə qarın hündürlüyünün 4 metrə çatdığı deyilir. Həmin ərazilərdəki yaşayış məntəqələrində durum daha ağırdır. Yollarda nəqliyyat hərəkəti çətindir. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/824171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR