Hesab 1:4 olanda stadionu tərk etdi

Hesab 1:4 olanda stadionu tərk etdi
07:52 9 Fevral 2020
275 İdman
Ölkə mətbuatı
A- A+

"Real" İspaniya kubokunun 1/4  finalında "Real Sosyedad"a məğlub olub - 3:4.

Milli.Az kaspi.az-a istinadən bildirir ki, bu məğlubiyyət "Real"ın futbolçusu Qaret Beyli o qədər də təsirləndirməyib. Qarşılaşmanın bitməsinə 10 dəqiqə qalımı "Real" 1:4 hesabı ilə geridə olub. 

Məhz bu vaxt Beyl sakit halda avtomobilinə əyləşərək stadionu tərk edib. Beyl ilk dəfə deyil ki, belə edir. O, cari mövsümdə ən azı 2 dəfə stadionu qarşılaşma bitməzdən öncə tərk edib.

Beyl artıq 4 oyundur ki, meydana çıxmır. İlk iki qarşılaşmanı zədə ucbatından, sonrakıları isə Zidanın qərarı ilə buraxmalı olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/824135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR